Sizin link burada

Türk klubu “Qarabağ”dan Reynaldonu istədi

“Qarabağ”ın hücumçusu Reynaldoya Türkiyədən təklif var. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Super Liqada çıxış edən “Gənclərbirliyi” braziliyalı futbolçuya elçi düşüb.

 

Baş məşqçi Ümit Özatın tələbi ilə artıq Ankara təmsilçisi ağdamlılara rəsmi təklif də yollayıb. Daha çox icarə variantını düşünən tərəflər bir neçə gün ərzində keçidi rəsmiləşdirəcəklər.

 

Qeyd edək ki, “Gənclərbirliyi” Türkiyə Super Liqasında 16 turdan sonra 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>