"Torino" 65 milyondan imtina etdi

“Arsenal” “Torino”nun hücumçusu Andrea Belotti üçün Turin klubuna 65 milyon avro təklif edib.

 

Apasport.az saytının məlumatına görə, bu barədə “öküzlər”in idman direktoru Canluka Petraçi “Sky Sports”a danışıb.

 

O, “Arsenal”ın İtaliya millisinin də şərəfini qoruyan Belotti üçün onlara 65 milyon avro təklif etdiyini, ancaq klub rəhbərliyinin bu məbləğlə razılaşmadığını deyib: “Bəli, Belotti üçün “Arsenal”dan 65 milyon avroluq təklif aldıq, ancaq qəbul etmədik. Onun dəyəri bu deyil. Belotti heç bir yerə getməyəcək”.

 

Qeyd edək ki, Belotti Turin təmsilçisinə 2015-ci ildə, “Palermo”dan 8,5 milyon avro qarşılığında transfer edilib. O, cari mövsümdə meydana çıxdığı 16 oyunda 13 qol, 4 məhsuldar ötürməyə imza atıb.


LENT

20 Yanvar 2017

Digər xəbərlər >>>