Sizin link burada

Türkiyədən Azərbaycana aviareyslər təxirə salınıb

Türkiyədən 8-9 yanvar tarixlərində Azərbaycana həyata keçiriləcək uçuşlar təxirə salınıb.

 

APA-nın Türkiyə Hava Yollarının (THY) rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, uçuşların təxirə salınmasına səbəb qarlı hava şəraitidir.

 

İstanbul Atatürk Hava Limanından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və əks istiqamətdə 8-9 yanvar tarixlərində həyata keçirilməsi nəzərdə tutulan 5 uçuş təxirə salınıb.

 

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 471 uçuşunu müvəqqəti dayandırıb.

LENT

18 Oktyabr 2017

Digər xəbərlər >>>