Sizin link burada

“Qalatasaray” “Zenit”in futbolçusunu transfer etmək istəyir

“Qalatasaray” heyətinə yeni müdafiəçi cəlb etmək istəyir. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” “Zenit”in futbolçusu Nikolas Lombertsə elçi düşüblər.

 

Ötən ildən belçikalı oyunçu ilə maraqlanan İstanbul klubu transferi həll edə bilməmişdi.

 

Bu mövsüm “Zenit”də yetəri qədər heyətə düşə bilməyən futbolçu özü də keçiddə maraqlıdır.

 

Qeyd edək ki, Rusiya mətbuatı artıq türklərin rəsmi təklif irəli sürdüyünü bildirib.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>