Sizin link burada

Uduzsa 260 min ödəyəcək

TRT-də yayımlanan "Sevda kuşun kanadında" serialında rol alan Deniz Baysal müqaviləni birtərəfli ləğv etdiyi üçün şirkət onu məhkəməyə vermişdi.

 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Deniz serialda beş bölüm oynayıb və mövsüm finalından sonra 3 bölümün pulunu almadığını iddia etmişdi. Çalışma şərtlərinin çətin olduğunu deyən aktrisadan şirkət 260 min lirə (təxminən 130 min manat) təzminat tələb edib. Deniz baş tutan məhkəmədə özünü müdafiə edib.

 

Məhkəmədə 18 saat dayanmadan işlədiyini deyən Baysal bunları deyib:

 

"Heç bir şirkətin aktrisanı 9 saatdan artıq işlətməyə haqqı yoxdur. Serialın baş rol ifaçısı olsam da, efirdə az görünürdüm. Buna görə də şikayətin rədd edilməsini istəyirəm".

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>