Sizin link burada

"Qızıl top" Ronaldoya təqdim olundu - FOTOLENT

Portuqaliya millisinin və “Real Madrid” klubunun futbolçusu Krişdiano Ronaldo 4-cü dəfə “"Qızıl top” mükafatına layiq görülüb. Lent.az-ın məlumatına görə, tanınmış futbolçunun mükafatı “Real Madrid” – “Qranada” matçı öncəsi təqdim olunub. Mükafat təqdim olunmamışdan öncə bu günə qədər "Real Madrid"də eyni mükafata layiq görülmüş Maykl Oven, Ronaldo, Lusi Fiqo, Zinəddin Zidan stadiona dəvət edilib. Onlar da öz növbələrində Ronaldonu təbrik ediblər. Kaka və Karnavaro isə həmkarına video vasitəsi ilə təbrik ünvanlayıb.

 

 

 

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>