Türkiyə millisinin üzvü “Volfsburq”da

Almaniyanın “Volfsburq” klubu  heyətinə  yeni futbolçu cəlb edib. Lent.az-ın qol.az-a istinadən yaydığı xəbərə görə,  Bundesliqa təmsilçisi Türkiyə millisinin və “Maynts”ın üzvü Yunus Mallını transfer edib. Onunla 4,5 illik müqavilə imzalanıb. “Volfsburq”  24 yaşlı hücumçu üçün qarşı tərəfə 12,5 milyon avro ödəyib.


Qeyd edək ki, 2011-ci ildən “Maynts”da çıxış edən Yunus Mallı cari mövsüm  24 oyunda meydana çıxıb və  8 qol vurub.

LENT

28 İyul 2017
27 İyul 2017

Digər xəbərlər >>>