Sizin link burada

Sneyderin tələbi: 3 illik müqavilə və 45 milyon avro!

“Qalatasaray”ın futbolçusu Uesli Sneyder maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi Çindən sərfəli təklif gözlədiyini açıqlayıb.

 

O bildirib ki, Asiya ölkəsindən onu qane edəcək təklif gəlsə, “Qalatasaray”la yollarını ayırmağa hazırdı: “Mən Çinə yollanmağı istisna etmirəm. Ancaq bunun üçün xüsusi təklif almalıyam. Məsələn, 3 illik müqavilə və ildə 15 milyon avro məvacib. Əgər qarşı tərəf bu təklifi irəli sürsə, dəyərləndirməyə hazıram”.

 

Qeyd edək ki, karyerası ərzində “Ayaks”, “Real” və “İnter” klublarının da formasını geyinmiş Sneyder 2013-cü ildən “Qalatasaray”da çıxış edir.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>