Elza Seyidcahanın qızı ondan inciyib - SƏBƏB - VİDEO

Əməkdar artist Elza Seyidcahan “Kubra” adlı yeni mahnısını təqdim edib. Lent.az-ın məlumatına görə, E.Seyidcahan bildirib ki, bu mahnıya görə qızı Gülşən ondan inciyib: “Klassik adlarımız hər zaman qorunmalıdır. Mahnını Cavid Rəcəbov aranjiman edib. Ənənəmizə bağlı insanam. Hətta nənənim adını nəvəmə qoydum. Sevinirəm ki, nənəmin ilk kötücəsi onun adını daşıyır. Qızım qısqanclıq edir, inciyir ki, "Səmərrux" adına da mahnı yaz. İnşallah, gələcəkdə belə adda mahnım da olacaq”.

 

Qeyd edək ki, bəstənin musiqisi ifaçının özünə, sözləri Cığatel İsaqızına məxsusdur.  

 

LENT

24 Fevral 2017

Digər xəbərlər >>>