“Gips top”u ikinci dəfə də bu oyunçu qazandı

“Marsel”in yarımmüdafiəçisi Abu Diabi “Gips top” mükafatına layiq görülüb. Apasport.az saytının məlumatına görə, Fransada ilin ən çox zədələnən oyunçusuna verilən mükafatı azarkeşlər arasında keçirilən sorğu əsasında təqdim edirlər.

 

Budəfəki qalib Diabi respondentlərin 40% səsini toplayıb. İkinci yeri PSJ-nin xavbeki Xavier Pastore (28%), üçüncülüyü isə Marven Marten (“Dijon”, 14%) qazanıb.

 

Qeyd edək ki, bu, 30 yaşlı Diabinin ikinci belə mükafatıdır. O, ilk dəfə 2013-cü ilin “ən xəstə” futbolçusu olub. 2012, 2014 və 2015-ci ildə isə birinciliyi Yohan Qurkuf qazanıb.

LENT

27 Aprel 2017
26 Aprel 2017

Digər xəbərlər >>>