FİFA alternativ mükafat təsis etdi

FIFA öz versiyasına görə dünyanın ən yaxşı futbolçusuna verəcəyi mükafatı təqdim edib.

 

Apasport.az saytının məlumatına görə, mükafat “The Best” (“Ən yaxşı”) adlanır.

 

Məlumdur ki, bu ildən etibarən  “Balon D`Or” (“Qızıl top”) mükafatını yenidən “France Football” jurnalı təqdim edir. Jurnalın apardığı sorğuya əsasən, 2016-cı ilin ən yaxşı futbolçusu Kriştiano Ronaldo seçilib.

 

Ali futbol qurumu isə öz mükafatını yanvarın 9-da Sürixdə təşkil olunacaq mərasimdə təqdim edəcək. Mükafata iddialı 3 futbolçu var: Lionel Messi, Kriştiano Ronaldo və Antuan Qrizman.

LENT

23 Mart 2017
22 Mart 2017
21 Mart 2017

Digər xəbərlər >>>