Nazənini küsülü həmkarı ilə barışdırmaq istəyiblər: "Ola bilməz, o, mənim ..."

“Heç vaxt qalmaqal etdiyim müğənni ilə barışmaram”. Bu sözləri Lent.az-ın “Canlı yayım”ında qonaq olan müğənni Nazənin deyib. O bildirib ki, küsülü olduğu həmkarları ilə onu barışdırmaq istəyənlər də olub: “Əgər məni küsülü olduğum müğənni ilə barışdırmaq istəyən varsa, həmin adamla düşmən olaram. Çünki əsla belə bir şey ola bilməz. Mənim bu həyatda iki kitabım var. Rədd etdiyim adamları o kitaba salıram və bir də o kitabı açmıram. Allah günahımdan keçsin. Belə bir deyim var ki, Allah bağışlayandır, amma nə edim ki, mən də belə insanam. Allah da bilir ki, mən ona qarşı pis olmamışdım. Onu çörək qazanmaq üçün toya göndərmişdim. Yoldaşım da onun cibinə pul qoymuşdu. Mən nə biləydim ki, gecə mənim ərimlə birlikdə evə gedəcək. Evimə də qan salacaq. Sonra da efirə çıxıb deyəcək ki, o, mənim ərim deyil. Ərin buynuzu olur? Həyat yoldaşımla nikahımız var. Günahını boynuna almaq əvəzinə, çıxıb efirdə mənə şər atırdı. O qədər küsülü olanlar olub ki, barışıblar. Amma bu, bağışlanası bir şey deyil. Biabırçı bir məsələdir”.

 

Müğənni şou-biznes nümayəndələrinin “Nömrə 1” mövzusuna da toxunub: “Müğənnilərin nömrələnməsi düzgün deyil. Mənə elə gəlir ki, bu, yalnız bizim şou-biznesdə var. Mənim üçün əsas müğənninin sevilməsidir. Hər müğənni sevilən olmur. Heç bir zaman “Nömrə 1” olmaq sevdasına düşməmişəm. Yalnız xalqın sevgisini düşünmüşəm. 20 il öncə oxuduğum mahnılar hələ də sevilib, dinlənilirsə, demək ki, nömrələməyə ehtiyac yoxdur”.

 

Daha sonra Nazəninin prodüseri Pərviz Fəqan onunla işbirliyindən danışıb: “İllərdir ki, Nazənin xanımla işləyirəm. Dünən çıxan müğənnilər özlərini çox göydən aparırlar. Amma Nazənin xanım illərdir ki, sevilir və özünü sadə aparır. Yəni ulduzluğundan istifadə edən qadın deyil. Onun kaprizləri də olur. Amma bir-birimizi anlayırıq”.

 

Prodüser daha sonra müğənnilərin toy qiymətlərindən danışıb. Əlavə edib ki, indi müğənnilər toy qiymətlərini süni şəkildə qaldırırlar: “İndi hər qiymətə toya gedən müğənnilərimiz var. Aralarında dəyərli səsləri olanları da var. Amma 15 minə toya gedən müğənninin  repertuarını 5 minə gedən də oxuyur. 15 minə toya gedənlər özlərini “Nömrə 1” adlandırırlar. Amma nömrə yalnız avtobuslarda olur. Bəzi müğənnilər var ki, açıq-saçıq geyimləri ilə gündəmə gəlib, özlərini “Nömrə 1” sayırlar. Amma əsas olan sənətdir. Sənət göstərmək lazımdır”. 

 

 

LENT

20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>