"Fənərbaxça"nın qış fasiləsində ilk transferi - FOTO

 

“Fənərbaxça” qış fasiləsində ilk transferini həyata keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “sarı-lacivərdlilər” Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Aleksandr Karavayevlə güclənib.

 

Müdafiəçi Qreqori van der Villə yollarını ayıran İstanbul nəhəngi Ukrayna millisinin üzvünü mövsümün sonuna qədər icarəyə götürüb. Yeni komandasında 11 nömrəli  formanı geyinəcək 24 yaşlı oyunçunun keçidi rəsmən bəyan edilib.

 

Qeyd edək ki, 2009-cu ildən “Şaxtyor”un formasını geyinən Aleksandr Karavayev müxtəlif vaxtlarda başqa klublarda icarə əsasında çıxış edib.

LENT

28 Fevral 2017
27 Fevral 2017

Digər xəbərlər >>>