Günay İbrahimli imicini dəyişdi - VİDEO - FOTOLENT

Azərbaycanlı müğənni Günay İbrahimli yeni mahnı və foto-layihəsini təqdim edib. Lent.az-ın məlumatına görə, mahnı “Sürgün” adlanır, fotosessiyanın çəkilişləri isə Xızı və Bakıda reallaşıb. Günay bildirib ki, yeni bəstəyə tezliklə klip çəkdirəcək: “Mahnı sevgidən bəhs edir. Musiqisi Pərviz Mahmudova, sözləri Fərdi Quliyevə, aranjimanı isə Rəşad Bağırova məxsusdur. Yaxınlarda musiqi parçasına klip çəkdirəcəyik. İnanıram ki, uğurlu olacaq. Sırf mahnı üçün fotosessiya etdirdim. Şəkillər Xızı və Bakıda çəkilib, müəllif Ruslan Nəbiyevdir. Saçımdan tutmuş geyimimə kimi hər şeyi Anar Ağakişiyev ərsəyə gətirdi. Məni dəyişən və fərqli obraza salan odur. Bütün komandamın üzvlərinə minnətdarlığımı bildirirəm”.

 

 

 

 

 

 

LENT

27 Aprel 2017
26 Aprel 2017

Digər xəbərlər >>>