“Çelsi”nin 13 oyunluq qələbə seriyası qırıldı

Yanvarın 5-də İngiltərə Premyer Liqasında 20-ci turun sonuncu matçı keçirilib.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə,  turun son görüşündə Londonun iki təmsilçisi - “Totenhem” ilə “Çelsi” qarşılaşıb. Oynadığı son 13 matçda qələbə qazanan Antonio Kontenin yetirmələri bu uğurlu seriyanın davamını gətirə bilməyiblər. “Totenhem”in gənc yarımmüdafiəçisi Dele Alli matçda dubl edərək komandasına 2:0 hesablı qələbə qazandırıb.

 

Məğlubiyyətə baxmayaraq, “Çelsi” klubu 49 xalla liderliyini davam etdirir. Onu ikinci pillədə qərarlaşan “Liverpul”dan 5 xal ayırır. “Totenhem” isə bu qələbə sayəsində turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

LENT

28 İyun 2017
27 İyun 2017

Digər xəbərlər >>>