Neftin qiyməti daha da yüksəldi - 58 dolları keçdi

Dünya bazarında neftin qiyməti daha da bahalaşıb. Lent.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu gün keçirilən hərraclarda Brent neftinin bir barelinin dəyəri 58 dollarlıq həddi keçib. London birjasında keçirilən elektron hesablaşmalarda Brent neftinin dəyəri 58,37 dollaradək yüksəlib və bu, 2015-ci ilin yayındakı satış qiymətindən sonra ən yüksək göstəricidir.

 

 

Bahalaşma özünü Texas neftində də göstərir. WTI markalı neftin bir barelinin dəyəri bu gün 55 dolları keçib.

LENT

24 Aprel 2017

Digər xəbərlər >>>