Sizin link burada

“Neftçi”in sabiq futbolçusu A seriyasıda çıxış edəcək

 

“Neftçi”nin sabiq futbolçusu Denilson Pereyra özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı braziliyalı hücumçu karyerasını vətənində davam etdirəcək.

 

O, A seriyasında çıxış edən “Avai” klubuna keçib. Bu komanda 2016-cı ildə B seriyasında 2-ci olduğu üçün yüksək liqaya vəsiqə əldə edib. Müqavilə ilə “Fluminense”yə məxsus olan hücumçu yeni komandasında icarə əsasında 1 il çıxış edəcək.

 

Qeyd edək ki, mövsümlərarası fasilədə “Neftçi”nin heyətinə cəlb edilən Denilson Pereyra ölkəmizdə icarədə olduğu müddətdə Topaz Premyer Liqasında keçirdiyi 9 oyunda 1 qola imza atıb.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>