Sizin link burada

Faiq Ağayev: "Azərbaycan estradasının ən ərköyün övladıyam"

Xalq artisti Faiq Ağayevin Heydər Əliyev Sarayında "Made in Azerbaijan" adlı ikigünlük solo konsertinin son günü baş tutub. 
 
Lent.az-ın musavat.com-a istinadən məlumatına görə, səhnəyə rəqqaslarla çıxan sənətçi ilk olaraq “Yalan deyil” mahnısını səsləndirib. Qonaqları salamlayan F. Ağayev konsret haqqında məlumat verib: 
" F.A "Made in Azerbaijan"ın ikinci günüdür.  29-u mənim doğum günüm idi, 45 yaşım tamam oldu. Sizlər məni 28 ildir ki, tanıyırsınız. Haqqım var ki, deyim ki, mənim 28 yaşım var. Son zamanlar ölkəmizdə önəmli tədbirlər keçirilib. 90-cı illərdə bizim üçün ən önəmli hal evimizi avro-təmir etmək idi. Evini avro-təmir etdirən deyirdi ki, artıq Avropada yaşayıram.  Biz artıq Avropa, Amerika standartlarına yaxınlaşmışıq, Azərbaycanda "Eurovision", Avropa Oyunları keçirilib. Bu konsertdə çox iddialıyam. Dünya standartlarına uyğun konsertlə çıxış etməyə çalışacağam".
 
Xalq artisti  konsertə "Səni əvəz eləmir" mahnısı ilə davam edib. Ard-arda sevilən mahnılarını səsləndirən  sənətçi tamaşaçılarla etdiyi səmimi söhbətlərlə də diqqət çəkib: "Qarşıdan iki bayram gəlir. "Neçə-neçə belə illərə" ifadəsindən xoşum gəlmir. Xalqımız neçə-neçə gözəl illər yaşasın. Konsert üçün imicimi dəyişdim. Bəlkə də Azərbaycan estradasının ən ərköyün övladıyam.  Nə etsəm də,  tamaşaçılar günahımdan keçir. Daim  xalqın gözləntilərini doğrultmağa çalışıram. Vətənə,  valideynə  düzgün münasibət, sənətdə peşəkarlıq,  Azərbaycan dilinin düzgün, səlis istifadəsi və s. tələblərinizə daim cavab verməyə çalışmışam. İlk dəfə 1993-cü ildə Yaşı Teatrda "Naz etmə" adlı konsert proqramı ilə çıxış etmişəm. O gündən bəri konsertin maliyyə yükünü tamaşaçının üzərinə atmamışam. Ona görə biletlərin qiymətini uyğun etmişəm. Əlbəttə konsertin havadarları var, onlara səhnədən təşəkkür edirəm". 
Konsertin hər iki hissəsində F. Ağayevin həyatından bəhs edən video-çarx nümayiş olunub. gecə tamaşaçıların alqışları ilə sona çatıb. 

LENT

22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>