FHN 1 nəfəri yanğından xilas etdi

Bakıda yanğın nəticəsində 1 nəfər tüstüdən zəhərlənib.

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Qaradağ rayonunda Dəmir Yolları QSC-nin Ələt deposuna məxsus ümumi sahəsi 54 m2 olan xidməti vaqonunda baş verib. Nəticədə vaqonun  tavanı, divarının taxta və şüşə pambıqdan ibarət üzlüyü 12 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.  

LENT

24 Mart 2019
23 Mart 2019

Digər xəbərlər >>>