Sizin link burada

Bakıda daha bir küçə təmir olunacaq

Xətai rayonu Süleyman Vəzirov küçəsinin təmir işlərinə start verilib. Lent.az-ın azeravtoyol.gov.az-a istinadən məlumatına görə, məqsəd vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir. 

 

Sözügedən küçənin uzunluğu 700 metr, eni 11 metrdir. Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü 2 qat olmaqla yenisi ilə əvəz olunacaq. Bundan başqa piyadaların təhlükəsizliyi nəzərə alınaraq hər bir tərəfdə 2-3 metr enində piyada səkiləri qurulacaq, mövcudları bərpa olunacaq.

 

Səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədi ilə zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılacaq, yağış barmaqlıqları qoyulacaq. Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, Baxış qapaqları yenilənəcək.

 

Hazırda təmir işlərinin aparıldığı ərazidə yeni yeraltı kommunikasiya xətləri çəkilir. Təbii ki, aidiyyəti qurumlarla kompleks şəkildə aparılan bu işlər yolun asfalt-beton örtüyünün qısa müddət ərzində sıradan çıxmasının qarşısını almış olacaq.

 

Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan təmir işləri zamanı 8 min m2 sahənin asfaltlanması, piyada səkilərinin kənarlarına isə 1500 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>