“Şahzadə Lean” vəfat etdi

Məşhur “Ulduz müharibələri” filmində “Şahzadə Lean” rolunun ifaçısı Keri Fişer vəfat  edib.

 

APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, 60 yaşlı aktrisanın ürək tutmasından öldüyü bildirilir. O, Londondan Los-Ancelesə uçan zamanı vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilərək süni nəfəs aparatına qoşulub.

 

“Şirin qisas”, “Cey və səssiz Bob cavab zərbəsi endirir” kimi filmlərdə çəkilən K.Fişerə məşhurluğu Corc  Lukasın rejissor olduğu “Ulduz müharibələri” fantastik kinoepopeyasında ifa etdiyi “Şahzadə Lean” rolu gətirib.

LENT

28 İyun 2017
27 İyun 2017

Digər xəbərlər >>>