ABŞ: Suriya müxalifətinə zenit-raket kompleksləri vermirik

ABŞ hökuməti Suriya müxalifətinə daşınan zenit-raket kompleksləri tədarük etmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.

 

Bundan əvvəl Rusiya XİN rəhbəri  Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı bildirib ki, zenit-raket sistemləri daxil olmaqla silah-sursatın müxalifət qüvvələrinə tədarük edilməsinə icazənin verilməsi yeni qurbanlara gətirib çıxara bilər.   

 

 “Biz Suriya müxalifətinə zenit-raket kompleksləri tədarük etmirik. Biz bu cür bəyanatları əvvəllər də eşitmişik”, - deyə Toner qeyd edib.   

 

Onun sözlərinə görə, ABŞ bu cür silahların Suriyada üzə çıxmasından çox narahatıq.  

Qeyd edək ki, dekabrın 23-də ABŞ prezidenti Barak Obama Suriyadakı müttəfiqlərinə silah, sursat və döyüş texnikasının tədarükünə qoyulan qadağanı ləğv edib.  

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>