Sizin link burada

Britni Spirsin ölüm xəbəri yayıldı

“Sony Music” şirkətinin rəsmi “Twitter” mikrobloqunda müğənni Britni Spirsin ölümü barədə xəbər yayılıb.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə,  amerikalı ulduzun bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi və yaxın saatlarda ətraflı məlumat veriləcəyi bildirilib.

 

Daha sonra “OurMine Security” təhlükəsizlik xidməti “Sony Music”in “Twitter səhifəsinə hakker hücumunun olduğu bildirib. Hücum, eyni zamanda, Bob Dilanın rəsmi mikrobloquna da edilib. Çünki orada “Yerin cənnətlik olsun, Britni” yazısı qeyd olunub.

 

“OurMine Security” Britninin ölmədiyini və hər şeyin qaydasında olduğunu vurğulayıb.

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>