Tanınmış tarixçi Məşədixanım Nemətova vəfat edib

Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova 93 yaşında vəfat edib.

 

Bu barədə Lent.az-a M. Nemətovanın qızı Vəfa Quliyeva məlumat verib.

 

Onun sözlərinə görə, anasının vəziyyəti noyabr ayından daha da pisləşmişdi: "Şəkəri, beynində müəyyən problemlər  var idi. Noyabrın 20-dən halı lap pisləşdi, keçən həftədən yeməkdən kəsildi, son 2 günü su da içmədi. Bu gün 9-a işləmiş dünyasını dəyişdi". 

 

V. Quliyeva deyib ki, anasının dəfni ilə əlaqədar hazırda AMEA rəhbərliyindən cavab gözləyirlər: "Əgər Fəxri Xiyabanda dəfn etmək alınmasa, II Zabrat qəbiristanlığında dəfn olunacaq". 

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>