Sizin link burada

"Öz dünyanı boya" rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

 

Bu gün "Öz dünyanı boya" adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. 

Lent.az-ın məlumatına görə, müsabiqə Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən olan "FAB Boya və Kimya Sənayesi MMC"nin təşkilatçılığı, Rəssamlar İttifaqının dəstəyi ilə məktəblilər arasında keçirilib. Sərgidə 170 şagirdin 200-dən çox əl işi nümayiş olunub.

Dekabrın 17-də keçirilən müsabiqənin I hissəsində "FAB Boya və Kimya Sənayesi MMC" nin təsisçisi Anar Əliyev, baş direktor Kənan Məhərrəmov, münsiflər heyətinin üzvləri rəssamlar ittifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, Arif Hüseynov, əməkdar mədəniyyət işçisi Ziyadxan Əliyev, MR- Art və dizayn studiyasının rəhbəri, Rəssamlar İttifaqının üzvü Rüstəm Məmmədov təqdim olunmuş əsərlərə baxıb, seçilmiş mövzuya uyğun ən yaxşılarını qalib elan ediblər. 

Sərgiyə dəvət olunan şagirdlər və qonaqlar əvvəlcə "FAB Boya və Kimya Sənayesi MMC" nin istehsalat prosesi, yenilikləri, məhsul çeşidləri ilə yaxından tanış olublar. Daha sonra sərgini giriş sözü ilə açan şirkətin baş direktoru Kənan Məhərrəmov birinci yerə layiq görülmüş iştirakçıları mükafatlandırıb. 
Sonda qaliblər, sərgiyə qatılan bütün iştirakçılar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>