Maradona “Napoli”yə qayıdır

Dieqo Armando Maradona yenidən “Napoli”yə qayıda bilər. Apasport.az saytının məlumatına görə, bu barədə əfsanəvi futbolçunun agenti açıqlama verib.

 

O bildirib ki, hazırda klubla danışıqlar davam edir. Əgər razılaşma əldə olunsa, Maradona komandanın meneceri kimi çalışacaq.

 

Qeyd edək ki, 1984-1991-ci illərdə Neapol təmsilçisində oynayan superulduz komandaya iki dəfə çempionluq qazandırmışdı.

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>