Liviya təyyarəsini qaçıranlar təslim oldu - YENİLƏNİB-1

Liviya təyyarəsini qaçıran şəxslər Malta hökumətinə təslim olublar.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Maltanın baş naziri Cosef Muskat bəyan edib.

 

“Cinayətkarlar təslim olub, onların üzərində axtarış aparılıb və həbs ediliblər“, deyə C.Muskat bildirib.

 

Onun sözlərinə görə, son ekipaj üzvləri təyyarəni tərk edib. Bundan əvvəl təyyarəni qaçıranlar sərnişinləri sərbəst buraxıb.

 

Qeyd edək ki, bu gün “Afriqiyah Airways” şirkətinə məxsus və Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb. Daha sonra təyyarə Maltada yerə enib. Təyyarədə 7-si heyət üzvü olmaqla, 118 nəfər olub.

 

***

 

Liviya təyyarəsini qaçıranlar təyyarədəki qadın və uşaqları buraxıblar. Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, təyyarədən 25 nəfər buraxılıb.

 

Təyyarə qaçıranların dəqiq sayı bilinmir. KİV-in məlumatına görə, onların sayı 2 nəfərdir, onlardan biri qumbara ilə silahlanıb.

 

***

 

16:30

 

Liviyaya məxsus təyyarəni qaçıranlar "Əl Fətih Əl-Cədid" qruplaşmasına aiddir.

 

Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, onlar Liviyanın sabiq lideri Muammer Qəddafinin həbsdə olan oğlu Seyf əl-İslamın azad edilməsini tələb edirlər.

 

Hazırda təyyarənin endirildiyi Malta aeroportu bağlıdır, əraziyə çoxlu sayda polis cəlb edilib, onlar təyyarənin bir neçə yüz metrliyində yerləşiblər. Liviyanın nəqliyyat nazri Milyad Maatuk təyyarə qaçıranlardan 2-si ilə danışıqlar aparır.

 

***

 

Liviya təyyarəsini qaçıran şəxslərin sərnişinləri buraxdığı barədə məlumat yayılıb.
 
APA-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi xəbərə görə, təyyarə Maltaya endikdən sonra təyyarəni qaçıran şəxslər sərnişinləri buraxıb. Sərnişinlərin dəqiq sayı göstərilmir. Lakin heyət üzvlərinin hələ də girovluqda saxlanıldığı bildirilir.
 

Qeyd edək ki, bu gün “Afriqiyah Airways” şirkətinə məxsus və Sebha-Tripoli daxili reysi ilə uçuş həyata keçirən Liviya təyyarəsi qaçırılıb. Daha sonra təyyarə Maltada yerə enib. Təyyarədə 7-si heyət üzvü olmaqla, 118 nəfər olub.***

 

15:32

 

Malta mətbuatı təyyarəni qaçıran şəxslərin Liviyanın sabiq lideri Muəmmar Qəddafinin tərəfdarları olduğunu açıqlayıb. Terrorçular təyyarəni partlatmaqla hədələyirlər. 

 

**

15:18

Liviyada sərnişin təyyarəsi qaçırılıb. Lent.az dünya mediasına istinadən xəbər verir ki, terrorçuların qaçırdığı təyyarənin göyərtəsində 118 sərnişin var. Bu dəqiqələrdə təyyarə Maltaya endirilib. Lakin terrorçular sərnişinlərin çıxmasına icazə verməyib.

 

Onların tələblərinin nədən ibarət olduğu da hələlik məlum deyil.

 

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>