Sizin link burada

Rusiyada hərbi təyyarə qəzaya uğradı - YENİLƏNİB

 

Rusiya Müdafiə Nazirliyində "İl-18"  təyyarəsinin Yakutiyada qəzaya uğramasını şərh ediblər.

 

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya MN-dən bildirilib ki, təyyarə qəza enişi edib.

 

"Bütün sərnişinlər və ekipaj üzləri sağdır. 23 nəfər vertolyotla  xəstəxanalara çatıdırlıb. Onlardan 16-sı ağır vəziyyətdədir", - deyə nazirlikdən qeyd edilib.  

 

Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanlarından bildirilmişdi ki, "İl-18" üç yerə parçalanıb. İlkin veriya kimi qəzaya idarəetmədə yanlışlığa yol verilməsi və pis hava şəraitinin səbəb olduğu bildirilir.

 

**

 

Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 30 nəfər ölüb.

 

APA-nın xəbərinə görə, bu barədə “İnterfax”a hüquq-mühafizə orqanlarından bildirilib. Təyyarənin göyərtəsində cəmi 36 nəfər olub.

 

 

***

 

09:48

 

Rusiyanın Yakutiya bölgəsində baş verən təyyarə qəzası zamanı 20 nəfər yerli xəstəxanaya çatdırılıb. Onların çoxunun vəziyyətinin ağır olduğu bildirilir. Son məlumata görə, təyyarənin göyərtəsində 37 nəfər olub.

 

***

 

09:34

 

Rusiyada təyyarə qəzaya uğrayıb. Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, İl-18 təyyarəsi Yakutiyanın Tiksi məntəqəsi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 39 nəfər - 32 sərnişin və 7 ekipaj üzvü olub. 

 

Təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsusdur. Qəza zamanı təyyarə 3 hissəyə bölünüb, yanğın olmayıb.

 

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>