Sizin link burada

İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

 

Prezident İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevə təbrik məktubu göndərib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir: “Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

 

Ötən 25 il ərzində Qazaxıstan dinamik inkişaf yolu keçərək bütün sahələrdə, o cümlədən sosial sabitlik və vətəndaşlarının rifahının yüksəldilməsi, iqtisadiyyatın inkişafı sahələrində gözəl nailiyyətlər əldə edib. Ölkəniz Sizin rəhbərliyiniz altında beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanıb.

 

Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan münasibətlərinin xoş ənənələri, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

 

Hörmətli Nursultan Abişeviç, belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>