Ödəmə qabiliyyətini itirmiş banklar ƏDV-dən azad olunacaq

Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankların ƏDV-dən azad edilməsi nəzərdə tutulur.


"APA-Economics"in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur.


Onun sözlərinə görə, ödəmə qabiliyyətini itirmiş bankların, restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək, toksik aktivlərin təqdim edilməsinin 2017-ci ilin yanvar ayının 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

LENT

24 Mart 2019
23 Mart 2019

Digər xəbərlər >>>