Sizin link burada

Bakıda bu yollarda tıxac - Sürücülərə XƏBƏRDARLIQ

 

Paytaxtda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saat 09:30 olan məlumata əsasən, Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (Şəhər istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (Şəhər istiqamətində) sıxlıq müşahidə edilir. 

 

Bakı Nəqliyyat Agentliyi sürücülərin diqqətinə çatdırır ki, yollar buz bağladığı zaman nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.   

 

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>