Sumatradakı zəlzələdə ölənlərin sayı 54 nəfərə çatıb - YENİLƏNİB

 

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb.

 

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, 52 nəfər zəlzələnin episentrinə yaxın olan Pidicaya, 2 nəfər isə Biryoen vilayətində ölüb.

 

Daha 78 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Xatırladaq ki, 6,5 bal gücündə zəlzələ bu gün səhər Sumatranın şimal hissəsində baş verib.

07:14

 

İndoneziyanın  Sumatra adası yaxınlığında baş verən zəlzələ nəticəsində 18 nəfər ölüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 6,4 bal gücündə yeraltı təkanlar, əsasən,  Açe əyalətinin Pidicaya rayonunda qeydə alınıb.  

 

Onlarla insanlar hələ də  uçmuş binaların altında qalıb.

 

Hazırda ərazidə xilasetmə tədbirləri görülür. Mürəkkəb relyef xilasetmə əməliyyatının keçirilməsini çətinləşdirir.     

 

Məlumata görə, zəlzələnin episentri Pidicaya rayonunda cəmi 10 km dərinlikdə qeydə alınıb.  

 

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>