Əfqanıstanda İŞİD liderlərindən biri məhv edildi

Əfqanıstanda İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Məhəmməd Nəsir adlı səhra komandiri Darzab şəhəri yaxınlığında Əfqanıstan hərbçiləri tərəfindən öldürülüb.

 

Məlumata görə, M.Nəsirlə yanaşı daha iki silahlı məhv edilib.

 

Qeyd edək ki, İraqın Mosul şəhərinin ekstremistlərdən azad edilməsi üzrə həyata keçirilən hərbi əməliyyat nəticəsində İŞİD terror təşkilatının 1000-dən çox üzvü məhv edilib.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>