Ukrayna vətəndaşı Şəmkirdə zəncirvari qəza törətdi: 8 yaralı

Şəmkirdə baş verən zəncirvari qəzada səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 396-cı kilometrliyində, Cinarlı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ukrayna vətəndaşı 1970-ci il təvəllüdlü Yevgeni Kaçkovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil rayonun Kür qəsəbə sakini, 1949-cu il təvəllüdlü Ziyad Əkbərovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, daha sonra isə "Land Rover" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Kia" yolun kənarına aşıb. Qəza zamanı "Kia"nın sürücüsü, onun həyat yoldaşı və iki övladı, həmçinin "VAZ"-ın sürücüsü və sərnişinləri 1965-ci il təvəllüdlü Zəminə Zeynalova, 1991-ci il təvəlüldlü Ülvi Zeynalov, 1989-cu il təvəllüdlü Turanə Əliyeva və 1967-ci il təvəllüdlü Zümrüd Zeynalova Şəmkir Mərkəzi rayon xəstəxanasına müraciət ediblər. Məlumata görə, xəsarət alanlardan 4 nəfərinin vəziyyəti orta ağırdır. Digər müraciət edənlərin vəziyyəti isə normal qiymətləndirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>