900 kq-dan çox kokain və 1 mln avro müsadirə edildi

Fransanın Bayonna və Biarrits şəhərlərində polis 900 kiloqramdan çox kokain müsadirə edib, 10 nəfər saxlanılıb.

 

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə,  saxlanılanlar arasında Fransa, Kolumbiya, İspaniya və Niderland vətəndaşları var. Saxlanılanların üzərindən 1 milyon avroyadək pul götürülüb.

 

Məlumata görə, əməliyyat  Fransa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilib.  

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>