Sizin link burada

Sürücülərin nəzərinə: o yol ayrılır

Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq və Xəlil Rza Ulutürk küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma xidməti göstərən avtobusların birbaşa yol ötürücüsünə daxil olmalarının qarşısını almaq məqsədilə 132 metr məsafədə, qoşa xətt boyunca 60 sm enində bordür düzülür.

Lent.az-ın Bakı Nəqliyyat Agentliyinə istinadən məlumatına görə, “Koroğlu” metro stansiyası yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzindən (Koroğlu NMM) Qara Qarayev prospekti və Hava Limanı istiqamətində hərəkət etmək istəyən avtobuslar Xəlil Rza Ulutürk küçəsindən qoşa xəttin tələblərini pozaraq birbaşa Böyükşor körpüsünə daxil olmaları günün pik saatlarında qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində tıxac və sıxlıq hallarının yaranması ilə yanaşı, yol nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olurdu. X.R.Ulutürk küçəsi tam olaraq istifadəyə verildikdən sonra həmin küçədə nəqliyyat vasitələrinin sayının artması Z.Bünyadov prospekti ilə kəsişmədə daha böyük problemlərin yaranmasına gətirib çıxaracaqdı.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>