Sizin link burada

Antalyaya raket zərbəsi ilə bağlı 25 nəfər tutuldu

Türkiyə polisi Antalya-Kəmər magistral yoluna raket zərbələri endirməkdə şübhəli bilinən 25 şəxs saxlanılıb.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,  əməliyyatlar İstanbul və Ankara daxil olmaqla ölkənin bir çox bölgəsində keçirilib. Saxlanılanların PKK terror təşkilatı ilə əlaqəli olduğu bildirilir.   

 

Qeyd edək ki,  Antalya-Kəmər magistral yolu ötən gün raket zərbəsinə məruz qalıb. Dağlıq ərazidən dəniz istiqamətində atılan üç raket balıq emalı müəssisəsinə məxsus obyektlərə dəyib. İnsident nəticəsində xəsarət alan olmayıb.   

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>