Türkiyədə növbəti terror: 17 ölü, xeyli yaralı var - YENİLƏNİB

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi posta bomba yüklü avtomobilə hücum nəticəsində 6 əsgər şəhid olub.APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yaıTürkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində Durak Jandarma hərbi postuna bomba yüklü avtomobilə hücum nəticəsində şəhid olan əsgərlərin sayı 9-a çatıb.

 

APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı Hakkari Valiliyinə istinadən məlumat yayıb.

 

Partlayış nəticəsində  8 mülki şəxs də həyatını itirib. Valilik partlayış nəticəsində 11-i əsgər olmaqla, 27 yaralı olduğunu da açıqlayıb.

 

Qeyd edək ki, partlayış Şəmdinli qəsəbə mərkəzindən 20 km uzaqlıqda  magistral yol üzərində olan Durak Jandarma hərbi postunun önündə avtomobillər yoxlanarkən törədilib.b.

 

 

13:22

 

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində Durak Jandarma hərbi postuna bomba yüklü avtomobilə hücum nəticəsində şəhid olan əsgərlərin sayı 8-ə çatıb.

 

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Partlayış nəticəsində 5 əsgər yaralanıb.

 

Qeyd edək ki, partlayış Şəmdinli qəsəbə mərkəzindən 20 km uzaqlıqda  magistral yol üzərində olan Durak Jandarma hərbi postunun önündə avtomobillər yoxlanarkən törədilib.

 

12:32

 

 

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi posta bomba yüklü avtomobilə hücum nəticəsində 6 əsgər şəhid olub.

 

APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

 

Terror aktını PKK terror təşkilatı törədib. Partlayış nəticəsində aralarında mülki şəxslərin də olduğu 7 nəfər yaralanıb.

 

 

***

 

saat 12.05

 

 

PKK terror təşkilatı Türkiyədə terror aktı törədib.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi posta bomba yüklü avtomobilə hücum edilib və güclü partlayış baş verib.

 

Partlayışdan sonra bölgəyə çoxlu sayda təcili yardım maşınları göndərilib.

 

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>