Sizin link burada

Yəmən paytaxtının meri aviazərbə nəticəsində öldü

Yəmən paytaxtı Sananın meri Əbdülqadir Hilal ərəb koalisiyasının yas mərasiminə endirdiyi zərbə nəticəsində ölüb. APA-nın xəbərinə görə, bu barədə “The New York Times” məlumat yayıb.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin paytaxtında  yas mərasiminə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

 

Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançı Yəmən hökumətinə dəstək  verir.  

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>