Sizin link burada

İntihara cəhd edən şagirdlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Abşeron Rayon Təhsil Şöbəsi intihara cəhd etdiyi deyilən məktəbli ilə bağlı açıqlama yayıb.

 

Lent.az xəbər verir ki, şöbənin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Aysel Tahirova “Qafqazinfo” açıqlamasında bildirib ki, sentyabrın 30-da ayağından zədə alan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nuriyev Zahid bütün müayinələrdən keçdikdən sonra dünən səhər saatlarında evə buraxılıb.

 

“Həkim rəyinə əsasən, Nuriyev Zahid gələn həftədən etibarən məktəbdə dərslərinə davam edə bilər”, - deyə A. Tahirova vurğulayıb.

 

Qeyd edək ki, 5-ci sinif şagirdi olan Nuriyev Zahidin iki aldığına intihara cəhd etdiyi deyilir. Hadisə yerindən çəkilmiş videonu məktəblinin valideyni yayıb

 

 

****

 

16:09

 

Sentyabrın 30-da Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə şagird özünü məktəbin ikinci mərtəbəsindən atıb. Lent.az musavat.com-a istinadən xəbər verir kiə, intihara cəhd edən 5-ci sinif şagirdi olub.

 

Adının çəkilməsini istəməyən valideyn həmin qorxunc anları videolentə alıb.

 

Məktəblinin intihara cəhd etməsinin səbəbi isə onun dərsdən iki alması olub.

 

Həmin videogörüntüləri təqdim edirik:

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>