Sizin link burada

Aİ Türkiyə ilə miqrasiya sazişini özünə prioritet sayır

Türkiyə ilə miqrasiya sazişinin icrası Avropa İttifaqı üçün prioritet olaraq qalmaqdadır.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə avrokomissar Dimitris Avramopulos deyib.

 

“Türkiyə-Aİ sazişinin icrası bizim üçün prioritet və “A” planı olaraq qalmaqdadır”, - deyə o Vyanada “Balkan marşrutu” ölkələri sammitinin yekunlarına dair mətbuat konfransında deyib.    

 

Avrokomissarın sözlərinə görə, Türkiyə ilə əməkdaşlığın sayəsində Aİ-yə qaçqın axını xeyli azalıb.  

 

Qeyd edək ki, martın 8-də Aİ və Türkiyə arasında “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya saziş əldə olunub. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir. 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>