Sulu qar, dolu gözlənilir - XƏBƏRDARLIQ

 

 

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. ETSN-dən Lent.az-a verilən məlumata görə, mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək.

 

Havanın temperaturu gecə  18-21, gündüz  23-27, Bakıda gecə 18-20, gündüz  24-26 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 14-19° isti olacağı gözlənilir.

 

Sentyabrın 24-dən 25-i gündüzədək Bakıda və Abşeron yarımadasında  güclü şimal-qərb küləyinin  əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək, gündüz saatlarında 20-22° isti təşkil edəcək.

 

Sentyabrın 23-ü gündüzdən 25-dək ölkə ərazisində  hava şəraitinin qeyri-sabit  keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


 

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>