Sizin link burada

İsrailin Türkiyədəki səfirliyinə bıçaqlı hücum - YENİLƏNİB

 

Ankarada İsrailin Türkiyədəki səfirliyinə bıçaqla girməyə çalışan şəxs təhlükəsizlik qüvvələri tərəfindən ayağından vurularaq zərərsizləşdirilib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə yerinə çoxlu polis cəlb olunub. Bıçaqlı hücumun 1978-ci ildə Konyada doğulan Osman Nuri Çalışkan tərəfindən törədildiyi məlum olub. O, ilk ifadəsində "Bunu Yaxın Şərqdə qanı durdurmaq üçün etdim" deyib. 

 

Çalışkana aid olduğu deyilən çanta isə bomba mütəxəssisləri tərəfindən araşdırılır. 

 

***

 

13:59

 

Ankarada İsrailin Türkiyədəki səfirliyinə silahlı hücum olub. Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə yerinə çox sayda polis cəlb olunub. Təhlükəsizlik qüvvələri tərəfindən silahlı hücum edən 2 kişidən biri zərərsizləşdirilib.

 

Təhlükəsizlik qüvvələri silahla vurulan kişinin səfirlik əməkdaşı olmadığını, səfirlik işçilərinin təhlükəsiz yerdə sığındığını bildiriblər. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>