Sizin link burada

Ötən ay Azərbaycanda neçə nəfər zəhərlənib?

2016-ci ilin  avqust ayı ərzində  Azərbaycanda  ümumilikdə 75  qida zəhərlənməsi hadisəsi baş verib.

 

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, qida zəhərlənməsi nəticəsində  190 nəfər zərər çəkib.

 

Ötən ayın nəticələrinə əsasən, ölkədə 2 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər zərər çəkib. Zəhərlənmələr zamanı ölüm faktı qeydə alınmayıb. Botulizm hadisəsi sakinlərin evdə hazırladıqları tutmalardan olub.

Qeyd edək ki, zəhərlənmələr əsasən Beyləqan, Göyçay ərazilərində yaşanıb. 

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>