Sizin link burada

Şəmkirdə “VAZ”la “KİA” toqquşdu: 3 yaralı

Bakı-Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 396-cı kilometrliyində, yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“VAZ2106” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü və iki sərnişinləri müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlardan iki nəfərinin xəsarəti yüngül olduğu üşün tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Sürücü, Daşkəsən rayon sakini 1963-cü il təvəllüdlü Etiqad Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>