Sizin link burada

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Sentyabr

GÜNÜN ŞƏRHİ

 

“Fərat qalxanı” əməliyyatı ərəfəsində yaranmış durumu xatırlayın. Sərhəd bölgələrin İŞİD mövqelərindən mütəmadi atəşə tutulması əsəb müharibəsi idi. Qaziantepdə törədilən terror aktı Ankaranın səbir kasasını daşırdı və İŞİD-i sərhədlərdən uzaqlaşdırmaq üçün əməliyyat keçirildi. Nəticələr məlumdur, Suriyanın içərisinə doğru 5 min kvadrat kilometr ərazi faktiki Türkiyənin nəzarətindədir. Hər kəs “görəsən analoji əməliyyat PYD-yə qarşı da keçirilə bilərmi?” sualına cavab tapmağa çalışarkən kürd terrorçular sərhəddəki Türkiyə hərbi məntəqələrini atəşə tutmağa başlayıblar. Hər açılan atəş Ankaranın səbir kasasına düşən damladır. Türkiyə cavab olaraq bu dəfə PYD bölgəsinə daxil olmasa da, “Fırtınalar”la PYD mövqelərinə zərbələr endirə, kürd terrorçuların sərhəddə yerləşən mövqelərini darmadağın edə bilər. Əgər, Ankara buna qərar verərsə, deməli, bu variantın sonradan quru əməliyyatına keçmə ehtimalı böyük olacaq. Ölkədə PKK terroruna qarşı ciddi mübarizə başlayıb, zərbənin effektini artırmaq üçün terrorçuların Suriyadan Türkiyəyə keçidini bağlamağın vacibliyini Ankarada da yaxşı anlayırlar. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>