Sizin link burada

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Sentyabr

GÜNÜN ŞƏRHİ

 

Əl-Bab məntəqəsinin ələ keçirilməsi Türkiyənin başladığı “Fərat qalxanı” əməliyyatının dəyərini müəyyənləşdirəcək. Bu ərazi İŞİD-in əlində qalarsa, Azad Suriya Ordusunun Hələbin şərqində mövqe tuta bilməyəcək, Türkiyənin Hələbdən mülki şəxslərin çıxarılması üçün humanitar dəhliz açmaq imkanı tükənəcək.

 

Ərazi YPG-nin əlinə keçərsə, Menbiç xətti Hələbədək uzanmış olacaq. Türkiyənin dəstəyi ilə Azad Suriya Ordusu Əl-Babı ələ keçirərsə, bölgədə durum kökündən dəyişəcək. Bu vəziyyətdə İŞİD-in şimala doğru hərəkət imkanı məhdudlaşacaq, Menbiç YPG üçün strateji əhəmiyyətini yarıbayarı itirmiş olacaq, Türkiyə təsir dairəsini Hələbədək genişləndirəcək, Azez və Afrində YPG-nin taleyi həll edilmiş sayılacaq.

 

Əl-Bab ələ keçərsə, YPG-nin Azez və Afrində mövqe tutmasının mənası qalmır, kürd terrorçular üç tərəfdən Azad Suriya Ordusunun mühasirəsinə düşmüş olur. Belə olan təqdirdə Türkiyə YPG üçün dəhliz aça, kürd terrorçuların könüllü olaraq Azez və Afrini tərk edərək Fəratın sağ sahilinə getməsinə imkan yarada bilər. Əl-Bab ələ keçirilmədən isə bu mümkün deyil. Yaranmış durum tezliklə başlayacaq əməliyyatların bütün tərəflər üçün nə dərəcədə önəm kəsb etdiyini ortaya qoyur.

 

Vüqar MƏSİMOĞLU

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>