Sizin link burada

Müxalifət liderinə silahlı hücum: 1 şəhid, 3 yaralı - YENİLƏNİB

 

Türkiyənin müxalifət partiyası CHP-nin lideri Kamal Kılıçdaroğluna hücum edən terrorçuların PKK üzvləri olduğu açıqlanıb. Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Əfqan Ala açıqlama verib. 

 

Terror hücumunda 4 əsgər yaralanıb. Onlardan birinin vəziyyəti ağır olub. Ağır yaralı əsgər xəstəxanada şəhid olub. 

**

16:22

CNN Türk-un məlumatına görə, terrorçular CHP sədrinin maşınını qumbaraatanla vurmağı planlayıbmış. Lakin Kılıçdaroğlunun mühafizəçilərindən biri terrorçunu görüb və atışma başlayıb. Atışmada həmin terrorçunun vurulduğu və yaralı ələ keçirildiyi bildirilir. 

 

**

15:39

Türkiyə parlamentinin ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun olduğu konvoya silahlı hücum edilib.

 

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Artvin şəhərinin Şavşat qəsəbəsinə gedən partiya sədrinin konvoyu Ardanuç qəsəbəsində xüsusi təyinatlı polislər tərəfindən təhlükəsizliyə görə dayandırılıb. Yol kənarında barrikadalar görüldüyü üçün polislər terror şübhəsi ilə barrikadalara atəş açıb.

 

Qarşı tərəfdən də polisə cavab atəşi açılıb. Hazırda atışma davam edir. CHP liderinin vəziyyəti yaxşıdır. İlkin məlumatlara görə, bir polis əməkdaşı yaralanıb. 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>