Sizin link burada

Silahlı şəxslər universitetə hücum ediblər - Kabildə - YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlıların universitetə hücumu nəticəsində 1 nəfər ölüb, 14-ü yaralanıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Səhiyyə nazirliyinin nümayəndəsi bildirib.

 

Bundan əvvəl 12 yaralının olduğu bildirildi. Universitetin binasında onlarla tələbə və müəllimin qaldığı bildirilir.

 

Polis insidentin terror aktı olduğunu istisna etmir. Binaya daxil olmazdan öncə silahlılar partlayış törədiblər.

 

***

 

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər  Amerika universitetinə hücum edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 12 nəfər yaralanıb.

 

Universitetin binasında onlarla tələbə və müəllimin qaldığı bildirilir.

 

Polis insidentin terror aktı olduğunu istisna etmir. Binaya daxil olmazdan öncə silahlılar partlayış törədiblər.

 

***

Kabildə silahlı şəxslər Əfqanıstanın Amerika Universitetinə hücum ediblər.

 

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, universitet binasında atışma olub.

 

Binaya daxil olmazdan öncə silahlılar partlayış törədiblər.

LENT

19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>