Sizin link burada

Rio-2016: Fəridə Əzizova bürünc medalı əldən verdi - YENİLƏNİB

Azərbaycanlı taekvondoçu Fəridə Əzizova bürünc medal uğrunda görüşdə məğlub olub.

 

APA-nın məlumatına görə, F.Əzizova (67 kq) Fil Dişi Sahili təmsilçisi Kristel Qbaqbini 1:7 hesabı ilə uduzaraq Olimpiadada mübarizəni dayandırıb.

 

Beləliklə, idmançımız yarışları 5-ci yerdə başa vurub.

 

 

***

 

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında daha iki dəst medal öz sahibini tapacaq.

 

Apasport.az saytının məlumatına görə, Fəridə Əzizova (67 kq) yarımfinalda Cənubi Koreya təmsilçisi Xye Ri Oxa minimal hesabla uduzub 5:6.

 

Beləliklə, Fəridə bürünc medal uğrunda mübarizə aparacaq. 

 

***

 

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında daha iki dəst medal öz sahibini tapacaq.

 

Apasport.az saytının məlumatına görə, 67 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Fəridə Əzizova ilk döyüşdə ABŞ təmsilçisi Peyc Makfersonu məğlub edib - 6:5.

 

1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə üz-üzə gələn Fəridə rəqibini 5:1 hesabi ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>